www.science.az
25.02.2016 09:04

Almaniyalı tarixçilər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olublar

Berlin Dövlət Muzeyi nəzdində Qədim və orta əsrlər muzeyinin direktoru Maties Vemhof və həmin qurumun kuratoru, arxeoloq Manfred Navros AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Görüşdə bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlı muzeyin fəaliyyəti barədə məlumat verib.

İki qurum arasında əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar muzeydə qədim və orta əsrlər dövrü ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.