www.science.az
24.02.2016 11:17

LED “Li-Fi” texnologiyası “Wi-fi”dan 100 dəfə daha sürətlidir

Məlumatların ötürülməsində görünən işıq şüalarından istifadəyə əsaslanan "Li-Fi" texnologiyası üzərində təcrübə aparılır.

Fransız startapı Oledkom tərəfindən Barselonanın ən böyük mobil yarmarkasında keçirilən Mobil Dünya Konqresində bu yeni texnologiya nümayiş etdirilib. Tədqiqatçılar 200 Gb-dən yüksək sürətlə saniyədə 23 DVD yükləməyə nail olublar. Sınaqdan keçirilmiş "Li-Fi" texnologiyasında 1 Gbit/san sürət qeydə alınıb ki, bu da orta statistik "Wi-Fi" (10 Mbit/san) şəbəkəsindən 100 dəfə yüksəkdir.

Oledkomun rəhbəri və təsisçisi olan Suat Topsunun sözlərinə görə, “Li-Fi” texnologiyasının ən üstün cəhəti onun işıqlandırma sürətidir. Bu yaxınlarda "iOS 9" mobil əməliyyat sisteminin son versiyasında "Li-Fi" texnologiyasına istinad olunub.

Qeyd edək ki, "Li-Fi" texnologiyasının əsas xüsusiyyəti smartfonun İnternet şəbəkəsinə sadə bir lampa vasitəsilə qoşulmasıdır. Yeni texnologiya hava vasitəsilə məlumatların ötürülməsi üçün saniyədə min dəfədən çox yanıb-sönən LED lampaların yaratdığı tezliklərdən istifadə edir. Məhz bu cəhət onu Morze əlifbasının rəqəmsal ekvivalenti adlandırmağa əsas verir. 

www.news.discovery.com