www.science.az
23.02.2016 10:12

“AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçiriləcək

Fevralın 29-da saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə AMEA-da hazırlanan elmi məhsulların ikitərəfli və çoxtərəfli formatlarda müntəzəm mübadiləsi, müasir standartların tətəbiqi ilə kataloqlaşdırılması, müxtəlif bazalarda yerləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 115, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.