Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tədqiqlər” jurnalının növbəti sayı nəşr olunub
22.02.2016 09:10
  • A-
  • A
  • A+

“Tədqiqlər” jurnalının növbəti sayı nəşr olunub

Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid məqalələri özündə əks etdirən “Tədqiqlər” jurnalının növbəti sayı işıq üzü görüb.

AMEA Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan jurnalın baş redaktoru filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyevadır.

Toplunun bu sayında dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair məqalələr yer alıb.

Jurnalın “Ölüm sevinməsin qoy!” bölümündə Dilçilik İnstitutunun direktorları vəzifəsində çalışmış akademiklər Ağamusa Axundov və Tofiq Hacıyev haqqında məqalələr oxuculara təqdim olunub.

Yeni nəşrdə Türkiyənin tanınmış alimi Şükrü Halük Akalının məqaləsi də işıq üzü görüb.

Topluda “Azərbaycan dili və dilçiliyinin inkişafına dövlət qayğısı: Azərbaycan Respublikasının Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışı ilə bağlı düşüncələr”, “Çağdaş Azərbaycan dilçiliyinin danılmaz lideri”, “Azərbaycan dili mənim taleyimdir”, “Tofiq İsmayıl oğlu Hacıyev” və digər yazılar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: