Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Amerikalı arxeoloq Sara Parkak 2016-cı ilin alimi seçilib
18.02.2016 10:26
  • A-
  • A
  • A+

Amerikalı arxeoloq Sara Parkak 2016-cı ilin alimi seçilib

Amerikalı alim Sara Parkak ( Sarah Parcak) arxeologiya sahəsində əldə etdiyi nailiyyətlərinə görə 2016-cı il üzrə TED (Technology, Entertainment and Design Prize) - Texnologiya, Əyləncə və Dizayn Mükafatına layiq görülüb.

Qeyd edək ki, bir milyon dollar dəyərində olan sözügedən mükafat 1984-cü ildə Sapling Foundation tərəfindən təsis edilib.

Mükafat S.Parkak arxeoloji tədqiqatlarda əsasən kosmosdan çəkilən fotoşəkillərdən istifadəsinə görə verilib. Alimin bu şəkillər vasitəsilə apardığı araşdırmalar nəticəsində Misir ərazisində 17 naməlum piramida, 1000-dək türbə, 3100-dək kiçik yaşayış məskəni tapılıb.

Amerikalı arxeoloq insanları dünyada mövcud olan naməlum ərazilərlə tanış etmək üçün əldə etdiyi məbləği yeni yaradacağı sayta sərf etmək niyyətindədir. Saytda kosmosdan çəkilən fotoşəkillər və naməlum əraziləri təyin etmək üçün proqramlar öz əksini tapacaq. Belə ki, burada istifadəçilərə göstərilən ərazi barədə fikirlərini bölüşmək üçün siyahı təqdim olunacaq. Ərazinin əvvəlcədən talan olunmasının və ya məlumatlardan sui-istifadənin qarşısının alınması məqsədilə məkanın yeri dəqiq olaraq göstərilməyəcək. Təqdim olunan ərazi ən azı 50 nəfər istifadəçinin diqqətini çəkərsə həmin məkanda tədqiqatlara başlanılacaq. S.Parkak qeyd edib ki, sayt oyun formatında təşkil olunacaq. İstifadəçilər saytda yüksək bal yığaraq arxeoloqlarla birgə qazıntılarda iştirak etmək imkanı da əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: