Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Avstraliyada köpək balıqlarının hücumundan qorunmaq üçün mobil proqram hazırlanıb
16.02.2016 12:17
  • A-
  • A
  • A+

Avstraliyada köpək balıqlarının hücumundan qorunmaq üçün mobil proqram hazırlanıb

Avstraliya mütəxəssisləri suda üzən insanları yırtıcıların, o cümlədən köpək balıqlarının hücumundan xilas etmək üçün xüsusi mobil proqram hazırlayıblar. Hazırda həmin proqram sınaqdan keçirilir.

vistanews.ru saytı xəbər verir ki, proqram müəllifləri bu sistemin balıq tutmaq üçün uzunluğu iki metrdən çox olan xüsusi siqnal üzgəci olacağını bildirirlər. Xüsusi səs dalğaları insanları köpək balığından və digər təhlükəsiz balıqlardan ayırmağa imkan verəcək. Əgər yırtıcı heyvanlar suda üzən insana yaxınlaşarsa, təhlükə barədə siqnal səs dalğaları vasitəsilə xilasedicilərin pultuna ötürüləcək.

Mütəxəssislər qeyd ediblər ki, əgər proqram sınaqdan uğurla keçərsə, ilk olaraq son zamanlar daha çox köpək balıqlarının hücumuna məruz qalan Yeni Cənubi Uelsdə istifadəyə veriləcək. 

  • Paylaş: