Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qravitasiya dalğalarının kəşfi elmdə yeni eranın başlanğıcıdır
13.02.2016 13:21
  • A-
  • A
  • A+

Qravitasiya dalğalarının kəşfi elmdə yeni eranın başlanğıcıdır

Fevralın 11-də elm tarixində ən mühüm hadisələrdən biri baş verib. Amerikalı alimlər qrupu Vaşinqtonda 100 il bundan öncə nisbilik nəzəriyyəsinin banisi Albert Enşteyn tərəfindən ehtimal olunan qravitasiya dalğalarının aşkar edildiyini bildiriblər.

Dalğalar 2015-ci il sentyabrın 14-də Vaşinqton və Luiziana ştatlarında yerləşən LIGO qravitasiya rəsədxanalarının direktorları tərəfindən qeydə alınıb. Massaçusets və Kaliforniya texnologiya institutlarının alimləri isə uzaq kosmosda iki qara dəliyin toqquşması nəticəsində “məkan-zaman dalğacıqlarını” qeydə almağa müvəffəq olublar. Həmin qara dəliklərin kütləsi Günəşdən 29 və 36 dəfə çox olub və toqquşma 1,3 milyard il bundan əvvəl baş verib.

Ümumi nisbilik nəzəriyyəsinə görə, iki qara dəlik biri-birinin ətrafında dövrə vurarkən qravitasiya dalğalarının şüalanması səbəbindən enerjilərini itirir. Bundan sonra onlar tədricən, milyardlarla il ərzində yaxınlaşır və toqquşma baş verir. Nəticədə bir qara dəlik əmələ gəlir və qravitasiya dalğaları şüalanır.

Qravitasiya dalğalarının varlığı ilə bərabər, alimlər eksperimental olaraq “qara dəliklərin” ikili sisteminin mövcudluğunu da sübut ediblər.

www.ria.ru

  • Paylaş: