www.science.az
12.02.2016 13:58

YAP Yasamal rayon təşkilatının üzvləri Ədəbiyyat İnstitutunun fəal gəncləri ilə görüşüb

Fevralın 12-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının üzvləri bu elmi müəssisənin fəal gəncləri ilə görüşüb.

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev tədbiri açdıqdan sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.

Tədbirdə partiya sıralarına yeni qəbul olunan institunun fəal gənclərinin adları açıqlanıb. T.Əhmədov institutun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.