www.science.az
10.02.2016 10:55

İnsanın əqli imkanları ilin fəsillərindən asılıdır

Alimlər əqli imkanlarının ilin fəsillərindən asılı olması faktını isbat ediblər. Onların dediyinə görə, baş beynin diqqətə cavab verən şöbələri yay aylarında daha fəal olur.

Fəsillərin insana, xüsusən onun əhvalına təsir etməsi elmə çoxdan məlumdur. Amma bu günə kimi alimlər fəsillərin insanın əqli qabiliyyətinə təsirini öyrənən tədqiqat aparmayıblar.

ABŞ alimi Kristel Mayer fəsillərin insan beyninə təsirini öyrənmək üçün bir qrup alimlə birlikdə könüllülərin iştirakı ilə eksperiment aparıb. Eksperimentdə iştirak etməyə razılıq verən bütün könüllülər hər mövsümdə bir neçə gün laboratoriya şəraitində yaşayıblar. Alimlər maqnit-rezonans tomoqrafiyasının köməyi ilə baş beynin fəallığını yoxlayıblar. Onlar bildiriblər ki, beynin sabit diqqətlə bağlı fəallığı özünü yay aylarında göstərir.

Payızda qısamüddətli yaddaşın yüklənməsi artır və bu yüklənmə yaz gecə-gündüz bərabərliyi gününə qədər azalmağa başlayır. Mütəxəssislər yeni nəticələr almaq ümidi ilə müxtəlif fəsillərdə baş beynin fəallığının öyrənilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

www.newscientist.com