Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Magistr” jurnalının ikinci nömrəsi çapdan çıxıb
10.02.2016 09:32
  • A-
  • A
  • A+

“Magistr” jurnalının ikinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının ikinci nömrəsi nəşr edilib.

Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu haqqında elan dərc olunub. Nəşrdə, həmçinin magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim edilib.

Jurnalda müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi də verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: