www.science.az
08.02.2016 13:32

Görmə qabiliyyətini itirmiş insanlar üçün yeni “bələdçi-papaq” hazırlanıb

Almaniyanın Karlsrue Texnoloji Universitetinin alimi tərəfindən görmə qabiliyyətini itirmiş insanlar üçün yeni cihaz hazırlanıb. Baş örtüyü formasında olan xüsusi cihaz ətraf mühitdə istiqaməti müəyyən etməyə kömək edəcək.

Florian Braunun təqdim etdiyi yeni cihaz “Proximity Hat” adlanır. Obyektlərə qədər olan məsafənin saniyədə 50 dəfə ölçülməsini həyata keçirən 6 utrasəs modullarla təchiz olunmuş “ağıllı papaq” insanın baş nayihəsinə yüngül təzyiq göstərərək onu istiqamətləndirir. Maneəyə yaxınlaşdıqca isə təzyiqin gücü artır. Yeni kəşfin üstünlüyü onun digər duyğu orqanlarını məşğul etmədən öz funksiyasını yerinə yetirməsindədir.

“Proximity Hat” yanğınsöndürənlər, həmçinin başqa peşə sahibləri tərəfindən də istifadə oluna bilər.

www.hi-news.ru