Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb
08.02.2016 09:25
  • A-
  • A
  • A+

“Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb

Fil.ü.e.d., prof. Əzizxan Tanrıverdinin “Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb. Kitabın redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), rəyçiləri - professorlar Ramazan Qafarlı, Məhərrəm Məmmədli, fil.ü.e.d. Seyfəddin Rzasoy və İlham Abbasovdur.

Yeni nəşrdə “Koroğlu” eposunun şeir dili tədqiq edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə şeirlərin semantikasını şərtləndirən məsələlərin hər birinə münasibət bildirilir. Kitabda “Koroğlu” dastanının “Dədə Qorqud kitabı”nın məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, eyni zamanda şeir parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: