Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın iki institutunun birləşdirilməsi ilə bağlı vəsatət qaldırılacaq
05.02.2016 09:17
  • A-
  • A
  • A+

AMEA-nın iki institutunun birləşdirilməsi ilə bağlı vəsatət qaldırılacaq

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılacaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin fevralın 4-də keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda irəli sürdüyü prioritetlərdən biri də məhz ölkənin ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi ilə əlaqədar idi. Ölkə rəhbərinin bu çağırışı aqrar elmlərin inkişafı ilə bağlı bir sıra islahatyönlü tədbirlərin həyata keçirilməsini zərurətə çevirmişdir.

Bildirək ki, hazırda AMEA-da kənd təsərrüfatının inkişafı ilə bağlı elmi araşdırmalar əsasən Aqrar Elmlər Bölməsində mərkəzləşib. Müşahidələr göstərir ki, AMEA-nın Aqrar Elmlər Bölməsinə daxil olan Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunda aparılan tədqiqatlar vahid bir elmi istiqamətin (Azərbaycanda aqrar islahatlar dövründə genefondun - flora, fauna, torpaq və su ehtiyatlarının öyrənilməsi, səmərəli istifadəsi, mühafizəsi və ekoloji qiymətləndirilməsi) eyni elmi problemlərini əhatə edir və bu, bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olur. Hər iki institutun vahid elmi infrastrukturda birləşdirilməsi qeyd olunan məsələlərin həllini tapması, həmçinin torpaq problemləri ilə bağlı elmi araşdırmaların daha effektiv əlaqələndirilməsi məqsədi daşıyır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: