www.science.az
04.02.2016 14:02

Nanotexnologiyalar alimlərə mayeni kəsməк imkanı yaradır

Şanxay Universitetinin tədqiqatçıları tərəfindən jelatin kimi kəsilən, həmçinin müxtəlif formaları ala bilən maye material hazırlanıb. Alimlər buna nail ola bilmək üçün mayeni cəmi 20 nanometr qalınlığı olan hidrofob material qatıyla örtüblər.

Xüsusi silikon hissəciklərdən ibarət olan material bir molekul qalınlığa malik olduğu üçün şəffaflığını itirmir. Tədqiqatçılar yeni materialı “maye plastilin” adlandırırlar. Hidrofob alətin vasitəsilə materialın yeri dəyişildikdə, o öz formasını qoruyub saxlayır. “Maye plastilin”in qabarıq damcıları böyüdücü maye linzaların istehsalında istifadə oluna bilər.

Alimlər, həmçinin kimyəvi maddələrin sözügedən materialda adi mayeyə nisbətən daha yavaş həll edildiyini və bunun nəticəsində də kimyəvi reaksiyanın sürətinin yavaşlandığını aşkar ediblər.

“Maye plastilin”in damcıları kimyaçılar tərəfindən kiçik “sınaq boruları” kimi istifadə oluna bilər. Onların şəffaflığı isə baş verən kimyəvi prosesləri daha rahat müşahidə etməyə imkan yaradacaq.

 www.hi-news.ru