www.science.az
02.02.2016 12:13

Alimlər karbon qazını spirtə çevirməyə nail olublar

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin bir qrup kimyaçı-alimi nəfəs ilə havaya buraxılan karbon qazının metil spirtinə çevirmək istiqamətində bəzi tədqiqatlar aparıb.

Mütəxəssislərin fikrincə, sözügedən sistem atmosferdə karbon qazının miqdarını təhlükəsiz səviyyədə saxlamağı təmin etməklə yanaşı, planetimizdə "parnik effekti" problemini aradan qaldıracaq.

Karbon qazının metanola çevrilməsi üçün lazımi katalizatorların yüksək temperatur şəraitində parçalanması səbəbindən tədqiqatçılar uzun müddət "emal" problemi üzərində çalışıblar. Daha sonra isə alimlər çevrilmə mexanizminin yaradılması üçün yüksək temperatura dayanıqlı poliamin polimerindən istifadə etməyə qərar verdilər.

İlkin sınaqların nəticələrinə görə, alimlər tərəfindən istifadə edilən karbon qazının təxminən 79% metil spirtinə çevirilib.

Hazırda alimlər karbon qazının metil spirtinə daimi emalı üçün xüsusi cihazın yaradılması üzərində işlər aparırlar.

www.strf.ru