www.science.az
01.02.2016 16:45

AMEA-da Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Fevralın 3-də saat 11:00-da Ədəbiyyat İnstitutunun Elektron Akt zalında bu elmi müəssisənin və AMEA  Rəyasət  Heyətinin birgə təşkilatçılığı ilə ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim  Ceyhun  Hacıbəylinin  anadan  olmasının  125  illiyinə  həsr  olunan  elmi sessiya keçiriləcək.

Tədbirdə ədəbiyyatşünas və tədqiqatçıların Ceyhun Hacıbəyli şəxsiyyəti və irsi barədə çıxışları nəzərdə tutulub.

Ünvan: Hüseyn Cavid prospekti, 115, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir