Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2016 11:12
  • A-
  • A
  • A+

AMEA-nın təsisçiləri barədə lövhənin təqdimatı olub

AMEA-nın təsisçiləri barədə lövhənin təqdimatı olub

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın təsisçiləri barədə lövhələrin təqdimatı keçirilib.

Mərasimdə bu qurumun direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin layihə icraçıları və ictimaiyyət qarşısında hesabat xarakteri daşıdığını vurğulayıb.

Qeyd olunub ki, kitabxanaya gələn xarici və yerli qonaqlar, oxucular akademiyanın təsisçisi olan 15 görkəmli alimin büstlərindən ibarət qalereyanı böyük maraqla ziyarət edirlər. Bu lövhələrin hazırlanması ziyarətçilərin alimlərimizi tanımaq və onlar haqqında məlumatları müxtəlif dillərdə əldə etmək imkanını asanlaşdırmaq baxımından olduqca əhəmiyyətlidir.

Təqdimat mərasimində Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xəlili və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi kitabxana ilə bağlı təəssüratlarını bölüşüblər. Qonaqlar AMEA-nın təsisçiləri barədə məlumatların tərcüməsində özlərinin də böyük maraq və həvəslə iştirak etdiklərini bildiriblər.

Daha sonra iştirakçılar 15 görkəmli alimin büstlərinin yanında onlar barəsində məlumatları əks etdirən lövhələrlə tanış olublar. Xüsusi dizaynla hazırlanan şəffaf lövhələrdə məlumatlar Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində təqdim edilir.

Qonaqlara “AMEA-nın təsisçiləri” on beş cildliyi hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: