www.science.az
01.02.2016 09:10

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Fiziologiya İnstitutunda olublar

132-134 nömrəli Təhsil Kompleksinin ABŞ-da beynəlxalq elm və mühəndislik sərgisi çərçivəsində təşkil olunan “Sabahın alimləri” V Respublika müsabiqəsində layihələrlə iştirak edən yuxarı sinif şagirdləri AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun alimləri ilə görüşüblər.

Görüşdə bu elm müəssisəsinin direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova elmlə təhsilin sıx əlaqəsinin respublikamızda elmin uğurlu gələcəyi üçün əhəmiyyətini qeyd edib, məktəblilərin müxtəlif elmi müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb.Sonra şagirdlərin təqdim etdikləri “Sağlam həyat tərzi layihəsi - sağlam nəsil” ətrafında müzakirələr aparılıb, institutun mütəxəssisləri məktəblilərə tövsiyələrini veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir