Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Pont-Xəzər hövzəsində biomüxtəliflik” beynəlxalq proqramının təqdimatı olub
29.01.2016 09:14
  • A-
  • A
  • A+

“Pont-Xəzər hövzəsində biomüxtəliflik” beynəlxalq proqramının təqdimatı olub

AMEA Coğrafiya İnstitutunda “Pont-Xəzər hövzəsində biomüxtəliflik” beynəlxalq proqramının təqdimatı keçirilib.

Layihə ilə əlaqədar Bakıya səfərə gəlmiş Niderland “Təbiətin Biomüxtəlifliyi Mərkəzi”nin baş elmi işçisi, “Avropa İttifaqı – Qürur” proqramının direktoru Frank Vesseling və Utrext Universitetinin elmi işçisi Kristian Van Baak Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə görüşüb, layihə ətrafında müzakirələr aparıblar.

Sonra F.Vesseling institut əməkdaşlarının iştirakı ilə layihənin təqdimatını keçirib, layihə haqqında iştirakçılara geniş məlumat verib. Proqramın əsas məqsədi Dördüncü dövrdə Pont-Xəzər hövzəsində (Xəzər, Qara və Mərmərə dənizlərində) biomüxtəlifliyin inkişafının öyrənilməsidir. Layihə rəhbəri Rumıniya, Böyük Britaniya, Hollandiya, İran, Rusiya, İspaniyadan 15 aspirantın, eləcə də müxtəlif ölkələrdən mütəxəssis və alimlərin qoşulduğu proqram çərçivəsində aparılacaq tədqiqatların əhəmiyyətindən danışıb.

Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva bildirib ki, bu elm müəssisəsinin həmin layihədə iştirakı onun qarşısında bir sıra imkanlar açacaq. İnstitut əməkdaşları əlaqədar beynəlxalq konfranslarda, çöl ekspedisiyalarında iştirak edəcək, Dördüncü dövr süxur nümunələrini araşdıracaq, əməkdaşlar elmi əsərlərini impakt faktorlu jurnallarda dərc etdirmək imkanı qazanacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: