www.science.az
28.01.2016 17:30

Geologiya və Geofizika İnstititunda növbəti “Geomexanika” seminarı keçirildi

Yanvarın 28-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçirilib. Seminar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutlarıRespublika Seysmoloji Xidmət MərkəziBakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində baş tutub.

Tədbirdə AMEA-nın müxbir üzvü Surxay Əkbərovun "Yerin kompozit kürәsinin mәxsusi rәqslәrinin yeni tәdqiqatları haqqında" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Yerin daxili quruluşu və geodinamik inkişafının nəzəri modellərinin yaradılması sahəsində fundamental tədqiqatlar aktual olaraq qalır. Dəqiq və Yer elmləri istiqamətlərində  inkişaf və müasir texnologiyalarla əldə edilən məlumatlar bazalarının formalaşması bu istiqamətdə aparılan işlərə yeni təkan verir. Təqdim olunan məruzədə qısa olaraq müşahidə nəticələrinin və bu sahədə aparılan elmi tədqiqatların icmalı verilib.

Qeyd olunub ki, mövcud olan işlәrdә Yer kürәsinin əsasən iki qrup modelinə (xәtti elastiki kürə; içərisində maye olan, daxili və xarici sferik sәthlәrlә mәhdudlanan bircins xәtti elastiki mantiya) baxılıb. S.Əkbərov görülən işlәrdә xәtti elastodinamikanın sahә tәnliklәrindәn istifadә edildiyini söyləyib.

Bildirilib ki, son zamanlar Yer kürәsinin mәxsusi rәqslәrinin nәzәri tədqiqatları daha mürәkkәb real modellәr çərçivәsindә və Yer kürәsinin öz oxu әtrafında fırlanmasının tәsirinin nəzərə alınması istiqamətində aparılmışdır. Tədqiqatlar klassik xәtti elastodinamik nәzәriyyәsi və bircins elastiki cisim modeli çərçivəsində yerinə yetirilmişdir. Yerin daxili quruluşunun qeyri-bircinsliyi və müasir geodinamik dəyişmələrin təsiri yaxşı öyrənilməmişdir.  

Tәqdim edilәn mәruzәdə yeni nəzəri yanaşmanın metodologiyasının yaradılması üçün ilkin yaxınlaşma kimi fәrz edilir ki, Yer kürәsi üç hissәdәn (xarici tәbәqә (yer qabığı), orta tәbәqә (yerin mantiya qatı) və daxili tәbәqә  (yerin nüvəsi) ibarətdir. Daxili vә xarici hissәlәr bircins elastiki, orta hissә isә kәsilmәz qeyri-bircins elastiki cisim kimi modelləşdirilir. Hissə-hissə bircins cisim modeli çәrçivәsindә xәtti elastodinamikanın dәqiq tәnliklәrinə nəzərən qoyulmuş məsələ çərçivəsində  yuxarıdakı kimi modelləşdirilən kompozit kürәnin mәxsusi rәqslәrinin parametrləri hesablanmışdır. Әdәdi nәticәlәr diskret-analitik metodun tətbiqi ilə әldә edilmişdir. Sonda alınmış nəticələrin təhlili və gәlәcәkdә bu istiqamәtdә aparılacaq tәdqiqatların istiqamətləri müəyyənləşdirilmişdir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir