www.science.az
27.01.2016 18:44

Ümumrespublika Elm Festivalı keçiriləcək

Ümumrespublika Elm Festivalının keçirilməsi haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə elmi biliklərin populyarlaş­dırıl­ma­sı, gənc nəsildə elmə marağın yaradılmasının son illər akademiyada həyata keçirilən isla­hatların mühüm istiqamətlərindən olduğunu bildirib. 2014-cü ildə keçirilən Bakı Elm Festivalının əhəmiyyətindən danışan A.Əlizadə yeni elmi texnologiya və innovasiyaların nümayiş etdirilməsi, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılmasında bu kimi tədbirlərin vacibliyini söyləyib. Bildirilib ki, festivalın proqramında yer alan sərgi, mühazirələr və elmi müəssisələrə səyahətlər uğurla təşkil olunub, nümayiş etdirilmiş əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Akademik qeyd edib ki, əldə olunmuş uğurlara baxmayaraq,elmin populyarlaşdırılması istiqamətində görülmüş işlərin daha da genişləndirilməsinə ehtiyac var.

Bununla əlaqədar olaraq, Rəyasət Heyəti 25 oktyabr-10 noyabr 2016-cı il tarixlərdə Ümumrespublika Elm Festivalının keçirilməsi haqqında qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir