Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları təsis olunacaq
27.01.2016 18:14
  • A-
  • A
  • A+

2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları təsis olunacaq

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin bugünkü iclasında bir sıra qərarlar qəbul edilib.

Belə ki, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyatın inkişafına mühüm töhfələr verən fundamental və tətbiqi elmi araşdırmalar, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflər və ixtiralar, qabaqcıl sənaye-texniki təcrübə ilə bağlı tətbiqlər və nəzəri tədqiqatlar cari il fevral ayının 20-dək AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilsin.

AMEA-nın elmi bölmələrinin akademik-katiblərinə Komissiyaya təqdim olunmuş əsərləri (işləri) müvafiq tələblər səviyyəsində müzakirə edərək martın 1-nə kimi AMEA Rəyasət Heyətinə təqdim etmək tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: