www.science.az
27.01.2016 10:07

Fəlsəfə və Hüquq İnstitutu Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlığı genişləndirir

Yanvarın 26-da AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.

Görüşdə Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixindən, fəaliyyətindən danışıb.

Professor İ.Məmmədzadə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edildiyini diqqətə çatdırıb

Görüşdə multikulturalizm və Dünya Fəlsəfə Günü ilə bağlı birgə tədbirlərin keçirilməsi, fəlsəfə sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq müqavilələrinin imzalanması və s. məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir