www.science.az
25.12.2013 00:00

AMEA Fizika İnstitutunun alimləri Gəncədə elmi seminarda iştirak edirlər

AMEA Gəncə Bölməsində universal hesablama mənbəyi kimi müəyyənləşən GRİD informasiya sistemi texnologiyalarının tətbiqinə həsr olunmuş seminar öz işinə başlayıb.

Dekabrın 28-dək davam edəcək tədbirdə AMEA Fizika İnstitutunun əməkdaşları - fizika-riyaziyyat elmləri namizədi Fərhad Xəlilzadə “Hiqqs bozon. Hipotezdən Nobel mükafatına yarım əsrlik yol” və Xuraman Xəlilova “Azəri xam nefti-Xəzər dəniz suyu sisteminin fiziki öyrənilməsi” mövzusunda məruzələrlə çıxış edəcəklər.

Gəncə Dövlət, Aqrar, Texnologiya Universitetlərinin və Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda məqsəd yüksək enerjilər fizikası sahəsindəki yeniliklər haqqında məlumat verməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.