Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“SCOPUS Mükafatı Azərbaycan-2016” tədbiri keçiriləcək
22.01.2016 17:51
  • A-
  • A
  • A+

“SCOPUS Mükafatı Azərbaycan-2016” tədbiri keçiriləcək

Yanvarın 25-də saat 17:00-da “Shah Palace Baku” otelində dünyanın tanınmış akademik nəşriyyatlarından biri olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatı Azərbaycan-2016” tədbiri keçirəcək.

Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış bir sıra elmi-tədqiqat və təhsil qurumlarına, həmçinin elmi jurnallara beynəlxalq qiymətləndirmə meyarları, həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunacaq.

Tədbirdə beynəlxalq qurumların təmsilçilərinin, AMEA rəsmilərinin, ali məktəb rektorlarının iştirakı gözlənilir.

Ünvan: Bakı şəhəri, İçərişəhər, Böyük Qala küçəsi, 47.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: