Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli türkoloq alim və ədib Əmin Abid Gültəkinə həsr olunmuş  seminar məşğələsi keçirilib
22.01.2016 14:49
  • A-
  • A
  • A+

Görkəmli türkoloq alim və ədib Əmin Abid Gültəkinə həsr olunmuş seminar məşğələsi keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyində görkəmli türkoloq alim və ədib Əmin Abid Gültəkinə həsr olunmuş  növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu XX əsrin əvvəllərindən 1938-ci il yəni hər iki qardaşın güllələnməsinə qədərki  siyasi, ədəbi dövr haqqında ətraflı məlumat verib.

Bildirib ki, “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideologiyasının mübariz carçıları olmuş iki qardaş – Əliabbas Müznib və Əmin Abidin Azərbaycan publisistikası, ədəbiyyatşünaslığı, maarifi inkişafında böyük xidmətləri olmuşdur. Dövrünün digər alimlərindən fərqli olaraq, Əmin Abid Azərbaycan ədəbiyyatını regional çərçivədə deyil, bütün türk dünyası dili və ədəbiyyatı içərisində öyrənirdi.

Seminar məşğələsi Əmin Abid irsinin araşdırıcısı folklorşünas alim Əli Şamil, muzey əməkdaşları professor Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli, elmi işçilər Tutu Məmmədova, Gülnar Cəfərzadə, Törəxanım Hüseynova və başqalarının sual və çıxışları ilə davam etdirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: