AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Milli Azərbaycan Tarixi Muzeyi – 2015” illik toplusu işıq üzü görüb. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu kitab-toplu muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.
Toplu dörd bölmədən - “Milli Azərbaycan Tarixi Muzeyi-95”, “Tarix”, “Arxeologiya, numizmatika, epiqrafika” və “Etnoqrafiya” ibarətdir. Topluda 30-dan çox müəllifin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub.
Muzey tərəfindən hər il nəşr olunan kitab-toplu oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi böyük əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir