www.science.az
18.01.2016 15:39

Aqrar Elmlər Bölməsinin ötən ildəki fəaliyyətinə dair hesabatı müzakirə edilib

Yanvarın 18-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin 1 saylı ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Qərib Məmmədov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq bölməyə daxil olan institutlarda fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantların mövzuları müzakirəyə çıxarılıb və təsdiq olunub.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya dair institutların yekun hesabatları müzakirə edilib.

Sonra bölməyə daxil olan institutların direktorları tədbirlər planına uyğun olaraq rəhbərlik etdikləri elmi müəssisələrdə görülən işlərlə bağlı çıxış ediblər. Akademik Qərib Məmmədov görülmüş işlərə dair yekun hesabatların bölməyə təqdim edilməsi barədə tapşırıqlarını verib.

Tədbirin sonunda bölmənin ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir