Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.01.2016 12:48
  • A-
  • A
  • A+

"Kraford" mükafatının sahibləri məlum oldu

"Kraford" mükafatının sahibləri məlum oldu

Yanvarın 14-də İsveç Kral Elmlər Akademiyası dünyanın ən nüfuzlu elmi mükafatlarından biri hesab olunan "Kraford" mükafatının sahiblərinin adlarını açıqlayıb.

Riyaziyyat elmi sahəsində nailiyyətlərinə görə bu mötəbər mükafata Stenford Universitetinin professoru Yakov Eliaşberq layiq görülüb.

Astronomiya sahəsində sözügedən mükafata fırlanan qara dəliklər və onların astrofiziki nəticələrinin öyrənilməsi sahəsində fundamental tədqiqatlara görə Yeni zelandiyalı tədqiqatçı Roy Ker və amerikalı alim Rocer Blendford layiq görülüblər.

Qeyd edək ki, "Kraford" mükafatı 1982-ci ildən bəri mütəmadi olaraq hər il astronomiya, riyaziyyat, ekologiya və Yer haqqında elmlər sahəsində fundamental tədqiqatlara görə verilir. Mükafatın pul həcmi – altı milyon İsveç kronudur.

www.tvkultura.ru

  • Paylaş: