www.science.az
23.12.2013 00:00

“Şərqşünaslıq İnstitutunda fars dilçiliyi” adlı kitab işıq üzü görüb

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunda fars dilçiliyi” kitabı işıq üzü görüb.

Kitabda institutda bu sahənin öyrənilməsi tarixi, ötən illər ərzində bu elm müəssisəsində nəşr edilən kitablar, müdafiə edilən dissertasiyalar haqqında ətraflı məlumat verilir.

Yeni nəşrdə, həmçinin 1958-ci ildə yaradılmış Şərqşünaslıq İnstitutunun 55 illik fəaliyyəti dövründə burada fars dilinin qrammatikası, sintaksisi, leksikologiyası, leksikoqrafiyası və tarixinə dair Həsən Zərinəzadə, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli, Vüqar Məmmədov, Elmira Əlibəyli və Günay Verdiyevanın tədqiqatlarına nəzər salınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.