www.science.az
15.01.2016 12:18

Folklor İnstitutunda əməkdaşlığın perspektivləri ilə bağlı görüş keçirilib

Yanvarın 14-də Türkiyənin Niğde Universitetinin təmsilçisi, professor Nazim Hikmət Polad, həmin universitetin əməkdaşı Loğman Zor, Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, siy.e.ü.d. Gülzar İbrahimova və həmin universitetin nəzdində Türkoloji Araşdırmalar Mərkəzinin müdiri, fil.ü.f.d. Seyfəddin Altaylı AMEA Folklor İnsitutunda olublar.

Qonaqları salamlayan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə bu ilin 24-28 may tarixlərində Bakıda Folklor İnstitutu, Niğde Universiteti və Avrasiya Universitetinin birgə təşkilatçılığıyla keçiriləcək “III beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu” ilə bağlı fikir mübadiləsi aparılıb, toplantı mövzuları müzakirə olunub.

Türkiyəli qonaqlar əvvəlki simpoziumlarla bağlı toplu nəşrləri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanova hədiyyə ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir