www.science.az
15.01.2016 11:31

Yaponiyanın “Matsumae Beynəlxalq Fondu” təqaüdlü tədqiqat proqramı müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AMEA-ya daxil olmuş məktubda bildirilir ki, Yaponiyanın “Matsumae Beynəlxalq Fondu” (MBF) 2017-ci il üçün 3-6 aylıq “Təqaüdlü Tədqiqat Proqramı” müsabiqəsini elan edib. Namizədlərin seçimi zamanı təbiət elmləri, mühəndislik və tibb sahəsi ilə məşğul olanlara üstünlük veriləcək. Proqramda iştirak ilə bağlı bütün xərclər MBF tərəfindən ödənilir.

Ətraflı məlumatı MBF-in saytından (www.mif-japan.org) əldə etmək olar. Müraciət üçün son tarix 31 avqust 2016-cı il müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir