www.science.az
13.01.2016 15:21

Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə dissertantların mövzuları müzakirə edildi

Yanvarın 13-də AMEA Rəyasət Heyətində Humanitarİctimai Elmlər bölmələrinin birgə ümumi iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclasın gündəliyinə hər iki bölmənin elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulunun nəticələrinin müzakirəsinin daxil edildiyini söylədi. Akademik İsa Həbibbəyli dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini qeyd edərək, cəmiyyət üçün mühüm aktuallıq kəsb edən mövzuların seçilməsinin vacibliyini bildirdi.

Tədbirdə dissertantların mövzuları müzakirə edildi. Mövzular ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

İclasda, həmçinin “Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb, fəaliyyət göstərmiş elm və mədəniyyət xadimlərinin şəxsi imzalarının (qollarının) toplandığı “Şəxsi imzalar” kitabının tərtibi, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, t.ü.f.d. İlhamə Məmmədovanın "Təbriz şəhərinin maddi mədəniyyəti" monoqrafiyası, “Azərbaycanın mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri”, “Hüseyn Cavid irsi Azərbaycançılıq ideologiyasının ədəbi-bədii və fəlsəfi mənbəyi kimi” elmi-tədqiqat layihələri ilə bağlı müzakirələr aparıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir