Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan folklorşünasları (1920-1950)” kitabı işıq üzü görüb
11.01.2016 10:34
  • A-
  • A
  • A+

“Azərbaycan folklorşünasları (1920-1950)” kitabı işıq üzü görüb

Professor Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı "Elm" nəşriyyatında çapdan çıxıb.

Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçiləri prof. Kamran Əliyev və fil.ü.e.d. Seyfəddin Rzasoydur.

Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azər­bay­can folk­lorşünaslıq elminin tarixinin, onun diqqətdən kə­narda qalmış bir çox məsələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Yeni nəşr bu sahədə çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: