www.science.az
11.01.2016 09:42

“Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

Martın 30-dan aprelin 2-dək Şamaxıda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları” bölmələr üzrə məruzələr dinləniləcək.

Məruzələrin tezisləri yanvarın 30-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Tezislərin həcmi üç səhifədən artıq olmamalı, elektron variantları djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ru ünvanlarına göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir