Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimləri Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq konfransda məruzələrlə çıxış etmişlər
21.10.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Sankt-Peterburq şəhərində keçirilmiş beynəlxalq konfransda məruzələrlə çıxış etmişlər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ölkənin Milli Kitabxanası, Hollandiya İnstitutu və Petrovsk Tarixi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni irsin öyrənilməsi: kitabxana, arxiv və muzeylər qarşısında duran yeni vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda ölkəmizi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə təmsil etmişlər.

Beş seksiya üzrə keçirilən iclaslarda N.Əliyeva “Milli Azərbaycan Tarixi Muzeyindəki ekstponatların rəqəmsallaşdırılması problemləri və onların həlli yolları”, S.Nemətzadə isə “Mədəni irsin qorunması məqsədi ilə bədii tərtibatlı və nadir əlyazmaların rəqəmsallaşdırılması” mövzusunda məruzələrlə çıxış etmişlər.

Məruzələrdə Əlyazmalar İnstitutu tərəfindən dünya muzey və kitabxalarından əldə olunmuş əlyazmaların elektron variantları, onların əhəmiyyəti, maddi-mədəni irsə aid rəqəmsal kolleksiyaların yaradılması və onlardan istifadə, bu sahədəki yeni istiqamətlər, muzey materiallarının gələcək nəsillərə çatdırılması yolları haqqında ətraflı məlumat verilmişdir. Arxiv, kitabxana və muzey materiallarının rəqəmsallaşdırılmasının müasir dövrdə həlli vacib problemlərdən olduğu vurğulanmışdır.

Azərbaycanlı alimlər səfər çərçivəsində Niderland Krallığının Sankt-Peterburqdakı konsulluğu, Rusiya Milli Kitabxanası və filialları, eləcə də onun mərkəzi binasında yerləşən nadir və zəngin əlyazmalar fondu ilə yaxından tanış olmuşlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: