www.science.az
06.01.2016 17:28

Fiziologiya İnstitutunun beynəlxalq əlaqələri genişlənir

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova yekdil səsvermə yolu ilə Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Elmi-kliniki şurasının "Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Carçısı” jurnalının redaksiya heyətinin üzvü seçilib.

Qeyd edək ki, elmi-təşkilati əlaqələrin genişləndirilməsi məqsədilə Fiziologiya İnstitutu ilə sözügedən qurum arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması nəzərdə tutulub.

İldə 4 dəfə dərc olunan jurnalın rubrikalarında fundamental kliniki tədqiqatlar, ictimai sağlamlıq və səhiyyə haqda aktual suallar, icmallar, həmçinin tibb elminin son nailiyyətləri barədə geniş məlumatlar yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir