www.science.az
06.01.2016 10:14

Planetlərin düzülüşü ən ecazkar astronomik hadisələrdən biri hesab olunur

Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq.

Bu haqda məlumatı AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib. Onun sözlərinə görə, planetlərin düzülüşü yanvarın 29-da görünsə də, bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək. Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Günəş çıxdıqdan sonra isə onun işıltısı planetlərin görüntüsünü itirəcək: "Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır”.
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir