Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2015 14:05
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi

İctimai Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi

Dekabrın 30-da AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsi institutlarının 2015-ci ili əhatə edən hesabat iclası keçirildi.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın İctimai Elmlər Bölməsinə daxil olan 8 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov, İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən MustafayevaMilli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təmsil etdikləri institutların 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları təqdim etdilər.

Qeyd olundu ki, cari ildə bölmə üzrə 33 problem üzrə 117 mövzuda 271 elmi-tədqiqat işi yerinə yetirilmişdir. 2015-ci ildə 1697 kitab və monoqrafiya, 1028 məqalə (onlardan 38-i impakt faktorlu jurnallarda), 160 tezis dərc olunub. Bölmə əməkdaşlarının nəşr olunan işlərinə 322-yə yaxın istinadlar olmuşdur. Bundan əlavə bölməyə daxil olan institutların əməkdaşları AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ə yaxın qrantına layiq görülüblər. Hesabat ilində bölmə əməkdaşlarından 4 nəfər elmlər, 36 nəfər isə fəlsəfə doktoru dissertasiyalarını müdafiə edib.

Hesabatla bağlı bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova, akademik Nailə Vəlixanlı və digərləri çıxış ediblər. Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: