Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.12.2015 09:33
  • A-
  • A
  • A+

AMEA-da görkəmli qəzəlxan şairimiz Əlağa Vahidin 120 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli qəzəlxan şairimiz Əlağa Vahidin 120 illik yubileyi qeyd olunub

"Vahidəm – xalqımın qəzəl şairi..."

Dekabrın 28-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin 120 illik yubileyinə həsr edilən musiqili ədəbi-bədii tədbir keçirilib.

Tədbirdən öncə Əlağa Vahidə həsr edilən sərgi nümayiş etdirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin "Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Bildirilib ki, Füzuli ənənələrinin davamçısı olan Ə.Vahidin qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. O, Nizami, Xaqani, Nəvai və digər şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Qeyd olunub ki, ədəbiyyatımıza misilsiz töhfələr bəxş etmiş Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam dövlətimizin başçısının sənətə, ümumilikdə ədəbiyyatımıza verdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Sonda tanınmış xanəndələrin ifasında ustad sənətkarın qəzəllərinə bəstələnmiş musiqilər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: