Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2015 12:50
  • A-
  • A
  • A+

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi keçirilib

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi keçirilib

Dekabrın 24-də AMEA İnsan Hüquqları İnstitutunda “Professor Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçirilib.

Bu mükafat İnsan Hüquqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il ənənəvi olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün şəkildə, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.

Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu qeyd edən Aytən Mustafayeva İnsan Hüquqları İnstitutunun bu istiqamətdə araşdırmalar aparan alimlərinin tədqiqatlarını yüksək dəyərləndirib. A.Mustafayeva institutun tədqiqatçı alimləri Abbas İslamov və Rizvan Hüseynovun bədnam ermənilərin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki səmərəli xidmətlərini qeyd edərək, həmin alimlərin “Professor Rövşən Mustafayev” adına medala və sertifikata layiq görüldüklərini diqqətə çatdırıb.

Sonra mükafatlar sahiblərinə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: