www.science.az
24.12.2015 09:10

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi münasibətilə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar jurnalist”

Mehrəliyeva Sevda Möhübbət qızı

Rəhimova Rühəngiz Əmir qızı

 

“Əməkdar mədəniyyət işçisi”

Abdullayev Ziya Hüseyn oğlu

Baxşıyeva Züleyxa Əli Abas qızı

İmaməliyeva Validə Məmmədhüseyn qızı

Qənbərova Lalə Ənvər qızı

Məlikov Rauf Seyfullayeviç

Nəcəfov Bəxtiyar Cəniyar oğlu

Niyazova Səidə Heydərovna

Orucov Möhübbət Bilal oğlu

Zeynalova Əxtər Salman qızı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2015-ci il.