www.science.az
20.11.2013 00:00

AMEA Kimya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi

Bu gün AMEA Kimya Problemləri İnstitutunda (KPİ) Elmi şuranın növbəti iclası keçirildi.

İnstitutun direktoru, akademik Ağadadaş Əliyev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Gənc Alimlər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov“Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarını nəzərə çatdırdı. Mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını bildirən F.Məmmədov institut əməkdaşlarından 4 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi.

Komissiya irəli sürülmüş namizədlərin ikisinin fəaliyyətini yüksək qiymətləndirdi. Mükafata kimya üzrə fəlsəfə doktoru Ülviyyə Məmmədova və Nərmin Sərdarlı layiq görüldülər.

Tədbirdə çıxış edən texnika üzrə fəlsəfə doktoru, baş elmi işçi Tamilla Mircəfərova attestasiyanın nəticələrini nəzərə çatdırdı. T.Mircəfərova attestasiyadan 21 nəfərin keçdiyini bildirdi: “Onlardan 2 nəfər labaratoriya müdiri, 6 nəfər aparıcı elmi işçi, 3 nəfər böyuk elmi işçi, 4 nəfər elm işçi, 6 nəfər kiçik elmi işçı vəzifəsinə təyin edilib”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.