www.science.az
22.12.2015 14:14

Şərqşünaslıq İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Tbilisi Dövlət Universiteti nəzdindəki Şərqşünaslıq İnstitutunun direktoru akademik Apolon Sitaqadze və həmin universitetin professoru Nino Ejibadze dekabrın 22-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Gürcüstanlı alimlər institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə institutların direktorları rəhbərlik etdikləri elmi müəssisələrin strukturu, fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat veriblər.

Sonra iki institut arasındakı əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.