www.science.az
22.12.2015 09:32

Dünyada ilk veb-saytın 25 yaşı tamam oldu

Dünyada ilk veb-saytın yaradılmasından 25 il ötür. 1990-cı ildə yaradılan sayt britaniyalı alim Tim Berners-Linin hazırladığı World Wide Web (“Ümumdünya hörümçək toru”) layihəsinə həsr olunmuşdu və alimin Avropa Nüvə Tədqiqatları Mərkəzindəki şəxsi kompüterində işləyirdi.

Həmin vaxt sayt haqqında lazımi qədər məlumat yox idi və hipermətndən istifadə edən informasiya sistemlərinin iş prinsipləri haqqında informasiyanı əks etdirirdi. WWW layihəsi başlanğıcda dünya üzrə universitetlər ilə elmi-tədqiqat institutlarının alimləri arasında informasiyanın avtomatik emalı sistemi kimi nəzərdə tutulmuşdu. Burada şəbəkənin başqa istifadəçilərinin yerləşdirdiyi sənədlərə çıxışın əldə olunması və şəxsi serverin yaradılması qaydalarından bəhs olunurdu.

vesti.ru