Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dekabrın 22–si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır
16.12.2015 10:07
  • A-
  • A
  • A+

Dekabrın 22–si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır

Dekabrın 22–si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır. Həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: