www.science.az
15.12.2015 17:15

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.

Sonra BTEB-in elmi müəssisə direktorları AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi problemlər haqqında AMEA Rəyasət Heyətinin qərarının icrası ilə əlaqədar görülən işlərlə bağlı çıxış etdilər.

İclasda bölmənin elmi təşkilatlarının 2015-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi, BTEB-in 2016-cı ildə keçiriləcək beynəlxalq səviyyəli elmi tədbirlər planında dəyişikliklər, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun 60, AMEA-nın müxbir üzvü Validə Əlizadənin 70 illik yubileylərinin qeyd olunması məsələlərinə baxıldı.

Tədbirdə, həmçinin “Bitki aləmi haqqında” AR Qanununun layihəsi, Botanika və Zoologiya institutlarının dayaq məntəqələrindəki vəziyyəti, Botanika İnstitutunun “Azərbaycan florasında yovşan növləri və onların xemotaksonomiyası” (b.ü.e.d. Ədilə Ələsgərova) əlyazmasının AMEA-nın 2016-cı ilin Nəşriyyat planına daxil edilməsi məsələləri müzakirə olundu.

Sonda kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir