www.science.az
11.12.2015 16:39

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək

Dekabrın 22-si saat 15:00-da Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə  “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.

Seminarda “İstismarın son mərhələsində olan neft yataqlarında işlənilmənin effektivliyinin artırılmasının eksperimental və nəzəri tədqiqatları” mövzusunda məruzə dinləniləcək.

SeminaraGeomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir