www.science.az
11.12.2015 15:50

Elektrik kağız kəşf olunub

İsveçin Linköpinq Universitetinin Üzvi Elektronika laboratoriyasının alimləri tədqiq ediblər ki, kağızın bu yeni növü super kondensator kimi enerji toplamaq və saxlamaq xüsusiyyətinə malikdir.

Elektrik kağız yüksək təzyiqli suyun təsiri altında parçalanan diametri 20 nanometr olan nazik sellüloza liflərindən hazırlanıb. Daha sonra elektrikyüklu polimerlərlə örtülərək dəyirmi səhifələr şəklinə salınmışdır.

Hər bir səhifə 15 sm diametrə malikdir, su keçirmir və zərərsiz kimyəvi maddələrdən hazırlanıb. Bu kağız material bir neçə saniyə çəkməklə yüz dəfələrlə şarj edilə bilər.

www.news.discovery.com