AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov 12-19 dekabr 2015-ci il tarixlərində Böyük Britaniyanın London və Oksford şəhərlərində elmi ezamiyyətdə olacaq.
Məqsəd Oksford Akademiya İttifaqının xətti ilə keçirilən “Universitet şəhərinin inkişafının innovativ aspektləri” mövzusunda beynəlxalq konfransda və “Avropada inteqrasiyanın inkişafına xüsusi töhfələrə görə” təqdim ediləcək “Birləşmiş Avropa mükafatı” ordeninin təqdimat mərasimində iştirak etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir